Dünya
Əminə Ərdoğandan Yelena Zelenskiyə dəstək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskiyə videomüraciət göndərib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, Əminə Ərdoğan müraciətində beynəlxalq ictimaiyyəti sülhə çağırıb.
“Ukraynaya edilən hücumlardan çox kədərləndiyimi bilməyinizi istəyirəm. Türkiyə olaraq hadisələri yaxından izləyirik. Ukraynanın gözəl insanları türk xalqının duasındadır. Allaha dua edirik ki, tez bir zamanda rahatlıq tapasınız və heç bir cana ziyan dəyməsin. Biz illərdir dünyanın bir çox yerlərində davam edən müharibələri və münaqişələri dayandırmağa çalışsaq da, Ukraynanın indi də eyni təcrübədən keçməsi bizim söndürmək istədiyimiz yanğını daha da alovlandırıb.
Beynəlxalq ictimaiyyətin Ukrayna üçün göstərdiyi nümunəvi həmrəylik dilindən, dinindən, irqindən asılı olmayaraq bütün məzlum xalqlar üçün keçərli olmalıdır. Dünyanın bütün qadınları və uşaqları eyni insan ailəsinin üzvləridir. Ona görə də harda müharibə olsa, sülhün bərqərar olması üçün eyni güclü refleksin göstərilməsini arzu edirəm. Uşaqlar yalnız başlarını qaldıraraq şarların səmaya qalxmasına baxmalıdırlar, düşən bombalara yox... Mən bütün dünyanı müharibəyə “yox”, sülhə "hə" deməyə dəvət edirəm. Sizi və Ukrayna xalqını ən səmimi hisslərlə salamlayıram”, - Ə.Ərdoğan qeyd edib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
