NASA ən böyük teleskopla çəkilən fotonu paylaşdı
Bizi izləyin

Dünya

NASA ən böyük teleskopla çəkilən fotonu paylaşdı

Amerika Birləşmiş Ştatlarının Aeronavtika və Kosmos Agentliyi (NASA) indiyə qədər kosmosa buraxılmış ən böyük və ən güclü teleskop olan “James Webb”in çəkdiyi fotonu paylaşıb.

Publika.az">Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda “James Webb” kosmik teleskopunda güzgülərin düzülməsi prosesi davam edir. Amma NASA 18 güzgünün eyni nöqtəyə fokuslanması nəticəsində əldə edilən fotoşəkli lentə alıb.

Məlumata görə, uyğunlaşma prosesinin demək olar ki, yarısı başa çatıb.

NASA administratoru Bill Nelson mövzu ilə bağlı açıqlama verərək deyib:

“Biz kainatın sirlərini açmağa bir addım daha yaxınıq. Bu yay “James Webb”in kainat haqqında yeni məlumatlarını görməyi səbirsizliklə gözləyirəm”.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm