Rusiya 400 dinc sakinin sığındığı məktəbi bombaladı
Bizi izləyin

Dünya

Rusiya 400 dinc sakinin sığındığı məktəbi bombaladı

Rusiya Silahlı Qüvvələri 400-ə yaxın vətəndaşın sığındığı Mariupolun Levoberejnıy rayonundakı 12 saylı incəsənət məktəbinə bomba atıb.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

Bildirilib ki, sakinlər Rusiya bombardmanından məktəbdə gizlənib. Məktəbdə saxlanan 400-ə yaxın dinc ukraynalının çoxu uşaq, qadın və yaşlı olub. Bombardman nəticəsində bina uçub. Dağıntılar altında dinc sakinlərin qaldığı bildirilib. Xəsarət alanların sayı dəqiqləşdirilir.

Xatırladaq ki, martın 16-da Rusiya qırıcıları Mariupolda dinc sakinlərin sığındıqları Dram Teatrının binasını da bombalayıb. Dağıntılar sığınacağın girişini bağlayıb və davam edən atışmaya görə qurbanlar barədə məlumat verilməyib. Rusiyanın bu cinayəti dünyada böyük rezonans doğurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm