Dünya
Almaniya kansleri Putinin "rubl tələbi"ni RƏDD ETDİ
Almaniya kansleri Olaf Şolz Vladimir Putinin Rusiya qazı üçün ödənişlərin rublla tələbini rədd edərək, əksər razılaşmaların avro və ya dollarla ödənişi nəzərdə tutduğunu vurğulayıb.
Publika.az "Politico"ya istinadla xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən G7 sammitindən sonra jurnalistlərə bildirib.
“Biz bu məsələni araşdırdıq. İndi müəyyən etdik ki, ödənişlərin hansı valyutada aparıldığını göstərən sabit müqavilələr var. Orada isə əksər hallarda avro və ya dollar göstərilir”, - kansler qeyd edib.
O, həmçinin vurğulayıb ki, G7 sanksiyaları (Rusiya Federasiyasına qarşı – red.) lazım olan müddətə saxlamağa və onların effektivliyinə nəzarət etməyə razılaşıb:
"Lazım gəlsə, əlavə sanksiyalarla cavab verəcəyik".
Polşanın PGNiG neft-qaz şirkəti dəRusiyaya qazın pulunu rublla ödəmək niyyətində olmadığını bildirib, çünki bu, “Qazprom”la mövcud müqavilədə nəzərdə tutulmayıb.
Putin martın 23-də deyib ki, Rusiya dost olmayan ölkələrdən, o cümlədən Aİ dövlətlərindən qazın pulunu rublla tələb edəcək. Bu addım Rusiya valyutasının ucuzlaşmasının qarşısını almaq və Qərbin sanksiyalarından yayınmaq cəhdi kimi qiymətləndirilib.
-
Nəqliyyat19:00
İmişli İcra Hakimiyyəti yolu fantastik qiymətə çəkmək istədi - Şişirdilmiş rəqəmlər
-
Rəsmi xronika18:13
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi - YENİLƏNDİ
-
Qoroskop17:35
Ən sıxıcı üç bürc - Onların bir sonrakı addımını təxmin etmək çox sadədir
-
Sosial17:24
Bakıda restoranda saxta araq satırmışlar
-
Qarabağ 16:39
Putin Əliyev və Paşinyanla "Zəngəzur dəhlizi"ni MÜZAKİRƏ EDİB? - Peskov açıqladı
-
Sağlamlıq15:40
Proqnozların əksi oldu: Başladı, amma yaxın saatlarda...
-
Sosial14:45
Vasif Talıbovu o əvəzlədi
-
MDB14:18
Paşinyan Moskvada yarıçılpaq halda pəncərədə oturdu - FOTO