Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşüb
Bizi izləyin

Dünya

Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşüb

Avqustun 27-də Rumıniyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rumıniyanın milli müdafiə naziri Mirça Duşa tərəfindən təntənəli qarşılanma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, genişləndirilmiş tərkibdə baş tutan görüşdə regional təhlükəsizlik, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Müdafiə nazirləri əməkdaşlığın indiki vəziyyətini yüksək qiymətləndirərək Silahlı Qüvvələr arasında yeni imkanların əldə olunması istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdən sonra müdafiə nazirlərinin media nümayəndələri qarşısında çıxışı olub. Müdafiə nazirinin Rumıniyaya səfəri avqustun 28-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm