Xocalı faciəsini törədən 366-cı alay Ukraynada DARMADAĞIN EDİLDİ - FOTO
Bizi izləyin

Dünya

Xocalı faciəsini törədən 366-cı alay Ukraynada DARMADAĞIN EDİLDİ - FOTO

Rusiya ordusunun polkovnik-leytenantı Vitali Slabtsov Ukraynada öldürülüb. O, bir çox digər rus hərbçiləri kimi, artıq Rusiyada dəfn olunub.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya mətbuatı 43 yaşlı Slabtsovu “elitar desant” adlandırır və onun martın 24-də öldürüldüyünü yazır. Aprelin 1-də o, Ryazanda qapalı tabutda dəfn edilib. Briqadadan bir çox döyüşçüsü də onunla birlikdə öldürülüb.

Slabtsov Ussuriyskdə yerləşən 83-cü desant-hücum briqadasının komandirinin müavini idi. Bundan əvvəl Ukrayna Baş Qərargahı bu bölmənin böyük itkiləri barədə məlumat verib. Təkcə martın 28-də həmin briqadada xidmət edən 200-ə yaxın hərbçi dəfn edilib.

Qeyd edək ki, 1992-ci ildə ermənilərlə birlikdə Xocalıda soyqırım həyata keçirən 366-cı alay ləğv edilərək onun bazasında 83-cü desant briqadasında yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm