Dünya
Gülən adamlarını Azərbaycan üçün ölümə səslədi (VİDEO)
Türkiyədə bir neçə ay bundan əvvəl hökumətlə
qarşı-qarşıya gələn "Hizmət" hərəkatının lideri Fəthullah Gülən bu
həftəki söhbətində Azərbaycandan da bəhs edib.
Publika.az-ın məlumatına görə, ABŞ-ın Pensilvaniya ştatında
yaşadığı bildirilən din xadimi Fəthullah Gülənin söhbətlərinin
yayımlandığı saytda “Utanılası iş görməmisiniz: mətin dayanın və
axirətə borclu gedən siz olmayın (alacaqlı gedin)!” adlı söhbəti
yer alıb. Gülən söhbət çərçivəsində Ərdoğanın onları haşhaşilərə
bənzətməsindən tutmuş, bir sıra məsələlərə toxunur. Ən maraqlısı
isə o, söhbət daxilində 90-cı illərdə Azərbaycanda yaranmış
vəziyyətləri də yada salıb və onların vasitəsilə ölkəmizəd
məktəblərin açılmasından söz açıb.
“Azərbaycanı ruslar işğal etdikləri vaxt bizim dostlarımız ilk dəfə
oraya getmişdilər. Bizimkilər “İşğal edildik” deyə mənə zəng
etdilər, dedim ki, “təhlükəli bir gündə, ölmək lazım olan bir gündə
onları tərk edib gəlsəniz, gələcəkdə sizə inanmazlar. Onlar bizim
qardaşlarımızdır, ölüm günündə onlarla bərabər olun”. Və ayrılmayıb
orada oldular. O məktəblər orada bu şəkildə quruldu və bu sözün də
bu işin də şahidi olan dostların da əksəriyyəti bu gün həyatdadır”
– deyə Fəthullah Gülən söhbətində vurğulayıb.
Qeyd edək ki, bu il iyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil
Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin
fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Azərbaycan
Beynəlxalq Təhsil Kompleksinin tərkibinə bir neçə bağça, ölkənin
müxtəlif bölgələrində 11 lisey, "Araz" hazırlıq kursları daxildir.
/anspress.com/
-
İdman21:45
Məşhur futbolçuya gözyaşardıcı qazla hücum: 260 min avroluq saatını oğurladılar
-
Magazin121:35
Faiq Ağayev etiraf etdi: kimlərin ifasını “YouTube”dan sildirib? - VİDEO
-
Hadisə20:15
“Zığ" zavodunda dəhşətli hadisə: 5 işçi öldü, 2-si isə... - YENİLƏNDİ
-
Hadisə19:45
Zavodda PARTLAYIŞ olub - TƏBİB-dən açıqlama
-
Ekologiya19:30
Azərbaycanda bu tarixdə güclü istilər olacaq: 50 dərəcədən yuxarı...
-
ABŞ18:06
Bayden oğlu ilə "vurula" bilər: Məhkəmədə utancverici hallar gözlənilir
-
Sosial17:37
Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı
-
Region17:00
Mirzoyanla Darçiaşvili telefonla danışdı: Müzakirədə Tavuş da olub