Macarıstan “Qazprom”la danışıqlar aparır
Bizi izləyin

Dünya

Macarıstan “Qazprom”la danışıqlar aparır

Macarıstanın MVM enerji şirkəti Qazprom ilə qaz ödənişlərinin Rusiya valyutasına köçürülməsi imkanlarını müzakirə edir.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın Macarıstandakı səfiri Yevgeni Stanislavov məlumat verib.

Qazprom Export ilə uzunmüddətli müqavilə bağlamış MVM dövlət enerji şirkəti arasında bu məsələlər (hesablaşmaların rubla çevrilməsi) müzakirə olunur”, - diplomat bildirib.

Eyni zamanda səfir Macarıstan rəsmilərinin bu mövzu ilə bağlı şərhlərinin ona məlum olmadığını açıqlayıb.

Xatırladaq ki, bu yaxınlarda Latviyanın enerji şirkəti “Latvijas Gāze” Rusiya qazının pulunu rublla ödəmək imkanını açıqlamışdı. Şirkətdən verilən məlumata görə, təklif olunan hesablaşma metodu hazırda hüquqi və biznes nöqteyi-nəzərindən təhlil edilir.

Qeyd edək ki, martın 23-də Rusiya Prezidenti Vladimir Putin Rusiyanın dost olmayan ölkələrə verdiyi qaza görə ödənişlərin rubla çevrilməsi barədə qərar qəbul etdiyini açıqlayıb. Öz növbəsində Avropa ölkələrinin nümayəndələri müqavilələrdə fərqli valyutanın olduğunu qeyd ediblər. G7 ölkələri Moskvanın tələbinə baxmayaraq, Rusiya qazının tədarük haqqını rublla ödəməyəcəklərini bəyan ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm