Rusiyanın 14 şirkətinə sanksiyalar TƏTBİQ EDİLDİ
Bizi izləyin

Dünya

Rusiyanın 14 şirkətinə sanksiyalar TƏTBİQ EDİLDİ

Avstraliya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyanın 14 şirkətinə sanksiya tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi bəyan edib.

Məlumatda bildirilir ki, Avstraliya hökuməti Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən Rusiyanın 14 dövlət müəssisəsinə qarşı məqsədyönlü maliyyə sanksiyaları tətbiq edib.

Sanksiya siyahısına "KAMAZ", "Qazprom", "Qazprom Neft", "Transneft", "Rostelekom", "Rusqidro", "Sevmaş" və "Birləşmiş Gəmiqayırma Korporasiyası", "Roselektronika" holdinqi, Rusiya Dəmir Yolları, "Novorossiysk Dəniz Ticarət Limanı", "ALROSA", "Sogaz" və "Sovkomflot" şirkətləri daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm