Şoyqu infarkt keçirib, 20 rus general isə həbs olunub - SENSASİYA - FOTO
Bizi izləyin

Dünya

Şoyqu infarkt keçirib, 20 rus general isə həbs olunub - SENSASİYA - FOTO

“Rusiyanın Müdafiə naziri Sergey Şoyqu güclü infarkt keçirib. O, hazırda reanimasiyadadır və sağ qalsa da əlil ola bilər”.

Publika.az UNIAN-a istinadən xəbər verir ki, bunu İsraildə yaşayan, Rusiyada qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilmiş, lakin eyni zamanda Moskvanın işgüzar və siyasi dairələri ilə əlaqələrini qoruyub saxlayan “Yukos”un keçmiş şəriki Leonid Nevzlin bildirib.

Rusiyalı iş adamı məlumatı Moskvadakı mənbələrinə istinadən yayıb. O qeyd edib ki, Şoyqu oyunu tərk edib: “O, qəfildən güclü infarkt keçirdi, reanimasiyadadır, onu tibbi cihazlara qoşublar”.

O, həmçinin əlavə edib ki, Rusiya Müdafiə Nazirliyinin 20 generalı həbs edilib: “Səbəb 2014-cü ildən bəri məmurların Putinin genişmiqyaslı işğala hazırlaşmaq üçün ayırdığı xeyli pulu oğurlaması ola bilər. Onların hamısı qərargah zabitləridir. Həbs edilən heyət Ukraynada “Rusiyanın xilaskar ordusu”nun təntənəli qarşılanma mərasiminə hazırlanması üçün ayrılan vəsaitin tamamilə mənimsənilməsində ittiham edilir. Söhbət 2014-cü ildən bəri Putinin ayırdığı 10 milyard dolların oğurlanmasından gedir”.src="/storage/files/upload/1ffe724c36b9b0eec66cdb9f9cabd7ca413f7a23.jpg" style="width: 826px; height: 597.473px;" class="fr-fic fr-dib fr-fil">Leonid Nevzlin Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviçə qarşı cinayət işinin hazırlandığını öyrəndiyini iddia edir: “Arkadi Dvorkoviç barəsində cinayət işi hazırlanır, onun həmkarları və dostlarına qarşı ifadə verəcəyi gözlənilir. “FSB”dəki mənbələr bildirirlər ki, istintaqla sövdələşməyə razılıq verməsə, Matrosskaya Tişina həbsxanasına və ya Lefortovoya köçürüləcək”.

İş adamının sözlərinə görə, Vladimir Putinin keçmiş müşaviri Vladimir Surkov isə ev dustaqlığına buraxılıb: “O, müharibəyə hazırlıq üçün ayrılan pulları oğurlamaqda şübhəli bilinir. Eyni işdə 20 general da həbs edilib”.

Sergey Şoyqunun mümkün infarkt keçirməsi ilə bağlı məlumat Kreml tərəfindən hələlik təsdiqləməyib, lakin təkzib də edilməyib.

Yukos” neft şirkətinin keçmiş rəhbərlərindən biri olan Leonid Nevzlin İsraildə yaşayan rusiyalı sahibkar və ictimai xadimdir. 2006-cı ildə Rusiya prokurorluğu Nevzlini keçmiş “FSB” zabiti Aleksandr Litvinenkonun zəhərlənməsində şübhəli bilinən şəxslərdən biri adlandırıb. O, Rusiya məhkəməsi tərəfindən qətllərin təşkilində ittiham olunaraq qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib, bu cəza Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm