Bill Qeytsdən yeni pandemiya AÇIQLAMASI
Bizi izləyin

Dünya

Bill Qeytsdən yeni pandemiya AÇIQLAMASI

Gələn ay işıq üzü görəcək “Növbəti pandemiyanın qarşısını necə almalı” kitabından əvvəl açıqlamalar verən və kitabının bəzi hissələrini media orqanları ilə paylaşan Microsoftun qurucusu Bill Qeyts “Nyu York Tayms” qəzetinə “növbəti pandemiya” haqqında məlumat verib.

Publika.az xəbər verir ki, Qeyts texnologiyaya sərmayə qoyulmasının vacibliyini vurğulayıb.

“Alimlər daha sürətli müalicə üsulları tapa bilsəydilər, COVID-19 epidemiyası çox fərqli olardı. Ölüm nisbətləri daha az olardı və miflərin, dezinformasiyaların yayılması daha da çətinləşərdi” - milyarder bildirib.

Pandemiyanın əvvəlində peyvəndin koronavirusu məğlub etmək üçün kritik əhəmiyyət kəsb edəcəyini düşündüyünü ifadə edən Qeyts “Ancaq belə olmadı, təsirli və təhlükəsiz COVID-19 peyvəndi 1 ildə ortaya çıxdı, ancaq xəstələrin xəstəxanaya getməsinin qarşısını alan müalicə üsulları hələ çox azdır” - deyə qeyd edib.

Bill Qeyts “2021-ci ilin sonlarına doğru elm adamlarının səyləri öz bəhrəsini verdi və bir çox dərman hazırlandı. Lakin bunlar çox gec gəlib və hələ də çoxları üçün onları əldə etmək çətindir” - deyə bildirib.

B.Qeyts dərmanlara da peyvəndlər qədər əhəmiyyət verilməli olduğunu deyib. O, peyvəndlərin inkişafının çətin olduğuna və dərmanların on minlərlə insanın həyatını sürətlə xilas edə biləcəyinə diqqət çəkib: “Hamı peyvənd olunmağa üstünlük vermir. Dərmanlar xəstəxanaların yükünü azalda bilər”.

Bu səbəbdən milyarder dərman sənayesinə sərmayə qoymağa qərar verdiyini vurğulayıb: “Dünyanın araşdırma və inkişafa daha çox sərmayə qoyması lazımdır. Mənim fondum Duke Universiteti ilə belə bir müqavilə bağladı. Akademiya, sənaye və ən son proqram təminatını bir araya gətirmək üçün investisiya lazımdır. Əgər uğur qazansaq, dünya yeni bir pandemiya ilə qarşılaşarsa, milyonlarla insanın həyatını xilas edə bilərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm