İngiltərə mediası: “Davudoğlu bu şəxslərin kölgəsində qalacaq”
Bizi izləyin

Dünya

İngiltərə mediası: “Davudoğlu bu şəxslərin kölgəsində qalacaq”

“Əhməd Davudoğlu baş nazir olduğu müddətdə həm Abdullah Gül, həm də Rəcəb Tayyib Ərdoğanın təsiri altında qalacaq”.

Publika.az xəbər verir ki, belə bir iddia ilə Böyük Britaniyanın “Financial Times” qəzeti çıxış edib.

Əhməd Davudoğlunun Ədalət və İnkişaf Partiyasının (AKP) I fövqəladə qurultayında yeganə namizəd olaraq partiyaya sədr seçilməsi dünya mətbuatının da diqqət mərkəzindədir. “Davudoğlu prezident seçilən və özünə sadiqlik tələb edən Ərdoğan, eləcə də bu vəzifəni istəyən (baş nazir və AKP-nin sədri – red) Abdullah Gülün kölgəsində qalacaq”, - “Financial Times” yazıb.

“Guardian” qəzeti isə Ərdoğanın aktiv prezident olacağını, Davudoğlunun isə Ərdoğanın yanında heç bir şeyə etiraz etməyəcəyini qeyd edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm