Mariupolda şiddətli döyüşlər davam edir - Britaniya kəşfiyyatı
Bizi izləyin

Dünya

Mariupolda şiddətli döyüşlər davam edir - Britaniya kəşfiyyatı

Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir. Ona görə də Rusiya qoşunları son 24 saat ərzində ciddi irəliləyiş əldə etməyiblər.

Publika.az Report-a istinadla xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Rusiya heç bir bölgədə hava məkanına nəzarəti bərqərar edə bilmədi. Bu da onların ciddi irəliləyiş əldə etmək imkanlarını azaldır”, - məlumatda bildirilib.

Vurğulanıb ki, Mariupolda şiddətli döyüşlər davam edir: Rusiya hakimiyyəti Mariupolu nəzəratə aldıqlarını deyirlər. Amma şəhərdə şiddətli döyüşlər davam edir. Bu, Rusiyanın Donbasdakı hücumunu da ləngidir”.

Xatırladaq ki, bundan əvvəl Rusiya qoşunlarının Donetsk istiqamətində bütün təmas xətti boyunca irəlilədiyi deyilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm