Britaniya Ukraynaya bu silahları göndərir
Bizi izləyin

Dünya

Britaniya Ukraynaya bu silahları göndərir

Böyük Britaniya Ukraynaya 20 ədəd 155 mm çaplı AS-90 özüyeriyən artilleriya qurğusu (AKS) və onlar üçün on minlərlə mərmi verəcək.

Publika.az xəbər verir ki, bu barədə "Express" mənbələrə istinadən məlumat yayıb.

Britaniyanın Baş naziri Boris Conson keçən həftə bildirmişdi ki, Böyük Britaniya Ukraynaya artilleriya tədarük edəcək.

Mənbələr dünən axşam təsdiqləyiblər ki, Böyük Britaniya bu həftə Polşaya AS-90 özüyeriyən haubitsalarla birlikdə 45 min yüksək partlayıcı mərmi göndərəcək.

"Express" qeyd edib ki, söhbət Kiyevə 20 AS-90 özüyeriyən silahın verilməsindən gedir.

Bildirilir ki, Ukrayna hərbçilərinə əvvəlcə Polşa ərazisində texnikanın istismarı ilə bağlı təlimat veriləcək, daha sonra isə Ukraynaya göndəriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm