BMT: Ukraynalı qaçqınların sayı 5,5 milyon nəfəri ötdü
Bizi izləyin

Dünya

BMT: Ukraynalı qaçqınların sayı 5,5 milyon nəfəri ötdü

Müharibənin başlanğıcından bəri Ukraynanı tərk edərək qonşu ölkələrə sığınan qaçqınların sayı 5,5 milyon nəfəri ötüb.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsi məlumat yayıb.

Mayın 1-nə olan məlumata görə, Ukraynanı 5539184 nəfər tərk edib. Son iki sutka ərzində qonşu ölkələrin sərhədlərini keçən ukraynalıların sayı 70555 nəfərə çatıb.

Ukraynalıların əksəriyyəti Polşaya üz tutub. Hazırda bu ölkədə 356826 nəfər qaçqın yerləşib. Rumınıyaya 825874, Macarıstana 530157 ukraynalı qaçqın gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm