Zelenskini Hitlerə bənzədən Lavrova İsraildən SƏRT CAVAB
Bizi izləyin

Dünya

Zelenskini Hitlerə bənzədən Lavrova İsraildən SƏRT CAVAB

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Hitler yəhudi idi” və “ən böyük antisemitistlər yəhudilər idi” açıqlamalarından sonra İsrail Rusiyanın Təl-Əvivdəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Publika.az">Publika.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi Lavrovun sözlərini “fəlakətli” kimi dəyərləndirib.

İsrail XİN rəhbəri Yair Lapid “Yedioth Ahranoth”a verdiyi açıqlamada Lavrovun amıqlamalarını “bağışlanmayan, qalmaqallı bəyanat, dəhşətli tarixi səhv” kimi qiymətləndirib və Rusiyadan üzrxahlıq gözlədiklərini bildirib.

Xatırladaq ki, Sergey Lavrov Zelenskinin Hitlərə bənzədiyini, ondan yəhudi qanı olduğunu bildirib: “Deyirlər ki, Ukrayna Prezidenti Vladimir Zelenski yəhudidir. Əgər o, (Zelenski - red.) yəhudidirsə, onların hansı nasizmi ola bilər. Mən səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı var idi. Bu, tamamilə heç nə demək deyil. Müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər adətən yəhudilərin içindən çıxır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm