Rusiya mayın 9-na səfərbərliyə hazırlaşır - KƏŞFİYYAT
Bizi izləyin

Dünya

Rusiya mayın 9-na səfərbərliyə hazırlaşır - KƏŞFİYYAT

"Rusiya mayın 9-da səfərbərliyə hazırlaşır".

Publika.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov NV-ya müsahibəsində bildirib.

O, Rusiya hakimiyyət orqanlarının hazırlıq tədbirləri gördüyünü vurğulayıb:

"Bəli, onlar (red: Rusiyada) hazırlaşırlar. İndi "Rosrezerv" əslində nəyə sahib olduqlarını yoxlamağa və səfərbərlik sifarişləri ilə nə verə biləcəklərini hesablamağa başladı".

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər tamhüquqlu səfərbərliyə başlamazdan əvvəl zəruri addımlardır.

Xatırladaq ki, daha əvvəl Ukrayna Müdafiə Nazirliyi Vladimir Putinin Rusiyada tam səfərbərlik elan edə biləcəyini etiraf etmişdi.

Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles daha əvvəl demişdi ki, Putin mayın 9-da keçiriləcək paradda Rusiyada ümumi səfərbərlik elan edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm