BMT Ukraynada ölən mülki şəxslərin sayını AÇIQLADI
Bizi izləyin

Dünya

BMT Ukraynada ölən mülki şəxslərin sayını AÇIQLADI

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı artıq 3000-dən çox mülki şəxs həlak olub.

Publika.az "Azadlıq" radiosuna istinadla xəb verir ki, belə məlumatlar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının öz hesabatında təqdim olunub.

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3153 nəfərin öldüyünü və 3316 dinc sakinin xəsarət aldığını təsdiqləyə bilib. Bunlar fevralın 24-dən mayın 1-nə keçən gecə yarısına qədər olan məlumatlardır", - məlumatda deyilir.

Təşkilat gərgin döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumatların alınmasının ləngidiyi və mülki itkilərlə bağlı məlumatların gəldiyi yerlərdən gələn bir çox xəbərlərin hələ də təsdiqlənməli olduğu üçün real rəqəmlərin xeyli yüksək olduğunu vurğulayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm