AKP Gülənə: “ Allah eşqinə, gəlin Türkiyəyə”
Bizi izləyin

Dünya

AKP Gülənə: “ Allah eşqinə, gəlin Türkiyəyə”

Allah eşqinə artıq gəlin Türkiyəyə, sizin vətəniniz buradır. Qardaşınız öldü yasına gəlmədiyiniz, yaxınınız öldü yasına gəlmədiniz

“Türkiyəyə geri dön. Yoxsa sizi istəmədiyimiz bir sıra bağlantıların içinə soxdular da buraxmırlar?”.Publika.Az xəbər verir ki, AKP baş katibinin köməkçisi, Karabükdən seçilmiş millət vəkili Mehmet Ali Şahin ABŞ-ın Pensilvaniya ştatında yaşayan camaatın dini lideri Fətullah Gülənə belə bir çağırış edib.

Ali Şahin Rəcəb Təyyib Ərdoğanı müdafiə edərək onu orta məktəbdən tanıdığını bildirib.“Siyasətə onunla başladım, onunla davam edirəm, yaxşı və pis günləri birlikdə paylaşdıq. Siyasət uzun bir işdir. Zaman-zaman əngəllər ortaya çıxa bilər, bütün əngəlləri bir birlikdə geridə qoyduq. Xüsusilə dünən axşam gördüyüm Tayyip Ərdoğan son dərəcə müsbət auralı bir baş nazirdir və önünə çıxarılan bütün əngəlləri əvvəllər olduğu kimi bir-bir dəf edən baş nazirdir”.

2014-cü il 3 mart tarixli bələdiyyə seçkilərinin sadəcə bələdiyyə seçkiləri olmadığını deyən M. A. Şahin bildirib ki, hazırda Türkiyədə bu seçimlə bağlı beynəlxalq proje həyata keçirilir. Onun sözlərinə görə, bu güclər AKP-nin seçkilərdə səs itirəcəyini düşünürlər: “Beləliklə prezident seçkilərinə gedərkən “namizədliyini verərsə Tayyip Ərdoğanın önünü necə kəsərik?” düşüncəsi ilə bir sıra addımlar atmağa çalışırlar. Baş ölkələr AKP ilə bir hesablaşma, əvəz alma düşüncəsində ola bilərlər. Amma bu proje içində “qardaş” dediklərimizin də olması bizi incidir, yaralayır. Detallarına girməyəcəm. İnsanlara imanı, ibadəti, əxlaqı öyrədən, doğru yolu göstərənlərə hörmət edərik, onlardan yararlanmaq üçün çalışarıq. İmamı Əzzam, Xoca Ahmet Yesevi, Mövlanə, Hacı Bektaşi Veli və demədiyimiz bir çox insanlar insanların könüllərinə xitab ediblər. Amma onların heç biri “dövlət içində dövlət quraq və bir qrup insanları öz məqsədlərimiz istiqamətində istifadə edək” kimi şeylər düşünməyiblər”.
Daha sonra o, Fətullah Gülənə üz tutub.

“16 ildir ordasan. Allah eşqinə artıq gəlin Türkiyəyə, sizin vətəniniz buradır. Qardaşınız öldü yasına gəlmədiyiniz, yaxınınız öldü yasına gəlmədiniz. Yoxsa orada sizi istəmədiyimiz şəkildə bir bağlantılar içinə soxdular da buraxmırlar? 76 milyon insana zərər verən bir nöqtəyə gəlmiş bu proseslərə “dur” deyəcək bir fərasəti göstərəcəyinizə inanıram. AKP-yə, R. T. Ərdoğana zərər verməyə çalışanlar, Türkiyəyə zərər verdiklərini unutmamalıdırlar”-deyə AKP rəsmisi vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm