Saakaşvili klinikaya köçürülməsi üçün 5 şərtini açıqladı
Bizi izləyin

Dünya

Saakaşvili klinikaya köçürülməsi üçün 5 şərtini açıqladı

Həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Ədliyyə naziri və penitensiar xidmətin rəhbərinə müraciət ünvanlayıb.

Publika.az xəbər verir ki, sabiq prezident müalicəsi ilə əlaqədar özəl klinikaya yerləşdirilməsi ilə razılaşdığını, lakin bir neçə şərtinin olduğunu bildirib.

O, şərtləri zamanı vəkillər və partiya üzvlərinin klinikada onunla görüşə icazə verilməsini istəyib:

"Sağlamlıq vəziyyətim kəskin olaraq zəiflədiyinə və həyati göstəricilərə uyğun gəlmədiyinə görə təhlillər və təxirəsalınmaz tibbi yardım üçün aşağıdakı şərtlər daxilində "Viva Med" klinikasına köçürülməyə razıyam:

1. Daimi olaraq ailə üzvlərim, özəl həkimim Nika Gipşidze və alternativ komissiya üzvləri, "Empatiya" tibb mərkəzinin əməkdaşları qanunla nəzərdə tutulmuş qaydada yanıma buraxılsın. Bu günədək bu məsələ ilə bağlı mənə "yox" cavabı verirdilər.

2. İş saatlarında qanunla nəzərdə tutulmuş şəxslər, vəkillər və parlament üzvləri yanıma buraxılsın.

3. Hər bir yoxlanış, diaqnoz, müalicənin qarşıdakı mərhələlərinin təyin edilməsi paritet əsasında yaradılmış qrupun, həmçinin “Empatiya” tibb mərkəzinin iştirakı və onların razılığı ilə xalq müdafiəçisi konsoliumunun iştirakı ilə baş tutsun.

4. Qeyd edilən məsələlər barəsində cavab aldığım təqdirdə "Viva Med" klinikasına aparılmağa hazıram.

5. Xahiş edirəm ki, qeyd edilən məsələlər barəsində qərarı mənim ailə üzvlərimin və vəkillərin iştirakı ilə alın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm