Rusiya hücum etməzdən az öncə... - Zelenski
Bizi izləyin

Dünya

Rusiya hücum etməzdən az öncə... - Zelenski

Mən Rusiyanın tammiqyaslı hücumu haqda 24 fevraldan öncə siqnal almışdım.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski telemarafonda çıxışında deyib.

O bildirib ki, müharibədən az öncə o, iclasdan çox gec çıxıb və evə gedib:

“İclasda hücum olacağı təqdirdə ölkənin maliyyə funksionallığı ilə bağlı müzakirələr aparırdıq.

Mən ilk atəşdən az öncə artıq siqnal aldım. Hücum hazırlığı başlayanda biz də hazırlaşırdıq: kəşfiyyat, hərbçilər izləyirdi və biz anlayırdıq ki, hansı istiqamətdən hücum riski ola bilər. Buna görə də hücum atəşi başlayandan az öncə mənə xəbər verildi və mən işə qayıtdım”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm