Dünya
ABŞ İŞİD-ə qan uddurur
ABŞ ordusu Əmirli və Mosul bəndi yaxınlığında yerləşən "İslam
Dövləti" (İŞİD) terror qruplaşmasına aid mövqelərə hava hücumları
təşkil edib.
ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatları (ABŞ)
Silahlı Qüvvələri Mərkəzi Komandanlığı verdiyi açıqlamada bildirib
ki, uzaqdan idarə edilən pilotsuz qırıcı təyyarələrdən biri Mosul
bəndi, digəri isə Əmirli yaxınlığında hücumlar həyata keçirib.
Açıqlamada, Əmirli yaxınlığında baş tutan hücumda İŞİD-ə aid bir
tankın zərərsizləşdirildiyi, Mosul bəndi yaxınlığındakı hücumda isə
terrorçu qruplaşmaya aid bir silahlı texnikanın məhv edildiyi
haqqında məlumat verilib.
Əməliyyatı uğurla başa çatdıran qırıcı təyyarələr daha sonra həmin
bölgədən təhlükəsiz şəkildə uzaqlaşıblar.
Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı ordunun
avqustun 8-dən bəri İraqda 120 hava hücumu təşkil etdiyi barədə
məlumat verib.
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama iki həftə əvvəl orduya
İŞİD terror qruplaşmasına qarşı hava hücumlarının həyata
keçirilməsi üçün tam səlahiyyət verib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!