“Qorxaq və aciz prezident, Putin qarşısında alçaldı”– ağır ittiham
Bizi izləyin

Dünya

“Qorxaq və aciz prezident, Putin qarşısında alçaldı”– ağır ittiham

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Rusiyaya qarşı sərt çıxışı erməni mediasının da diqqət mərkəzindədir.

Publika.az xəbər verir ki, “Armenian Report” saytı prezident Serj Sərkisyanı qorxaq və aciz adlandıraraq Putinin qarşısında alçalmaqda ittiham edib.

“Nazarbayev öz dövlət maraqlarından çıxış edərək Putinə qarşı çıxdı. Bu, Ermənistan üçün bir nümunədir. Lakin Ermənistan dövlət başçısı milli maraqları müdafiə etməyə qorxur. Serj Sərkisyan əsl qorxaqdır. O, Putinə özünü və Ermənistanı alçaltmağa icazə verdi. O, heç vaxt Nazarbayev kimi cəsarətli çıxış etməyib. Buna görə də Putin nə Sərkisyana, nə də Ermənistana hörmət etməyəcək”, - deyə erməni saytı bildirir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm