Ermənistan müxalifəti yenidən İrəvanın mərkəzində - VİDEO
Bizi izləyin

Dünya

Ermənistan müxalifəti yenidən İrəvanın mərkəzində - VİDEO

“Müqavimət” hərəkatının tərəfdarları İrəvanın mərkəzindən yürüşə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilib ki, müxalifətçilər Maştots prospekti ilə gedirlər. Onlar hökumətin daçalarına üz tutmaq, sonra isə Fransa meydanına qayıtmaq niyyətindədirlər.

Yürüşdən əvvəl Fransa meydanında mitinq keçirilib və bu aksiya əsasən bir gün əvvəl Proşyan və Dəmirçyan küçələrinin kəsişməsində baş verən hadisələrin təhlilinə həsr olunub.

Xatırladaq ki, "Müqavimət" hərəkatı bir aydan çoxdur ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm