İrəvan polisi “Oğlum minlərlə türkü öldürüb” bağıran ermənini ƏZİŞDİRDİ
Bizi izləyin

Dünya

İrəvan polisi “Oğlum minlərlə türkü öldürüb” bağıran ermənini ƏZİŞDİRDİ

44 günlük müharibə zamanı Azərbaycan ordusuna qarşı döyüşlərdə gəbərmiş işğalçı Haykaz Mkrtçyanın atası dünən İrəvanda hökumət malikanələri yaxınlığında polislə nümayişçilər arasında toqquşma zamanı yaralanıb.

Publika.az xəbər verir ki, bu haqda Azərbaycan torpağının işğalı zamanı ölmüş erməni hərbçinin bacısı Sarik Mkrtçyan “Facebook” səhifəsində məlumat paylaşıb.

“Atam oğlunun minlərlə türkü öldürdüyünü deyəndə qırmızı beretlilər atama qarşı qeyri-mütənasib güc tətbiq etdilər. Əvvəlcə əynindəki bizim Haykın təsviri olan köynəyi cırıb yerə ataraq atama bədən xəsarəti yetirdilər. Hadisədən sonra qardaşımın şəkli olan paltarın artıq müstəntiqlər tərəfindən tapıldığı yerə qayıtdıq...

Deməyə sözüm qalmadığı üçün şərhləri sizə buraxıram"- deyə erməni qız yazıb.

Arevik Mkrtçyan daha sonra erməni mediasına açıqlamasında deyib ki, qardaşı Haykaz Mkrtçyan Tavuşda - Tovuz rayonu ilə sərhəddə xidmət edib, oktyabrın 14-də 44 günlük müharibə zamanı batareyası ilə birlikdə Qarabağa gətirilib.

“Qardaşım həqiqətən minlərlə türkü öldürüb. Oktyabrın 29-da Qırmızı Bazar yaxınlığında "Bayraktar" tərəfindən yaralanıb, 12 gün komada qaldıqdan sonra xəstəxanaya gətirilib və orada ölüb"- deyə revanşist xislətli erməni qız bildirib.

Xatırladaq ki, Ermənistan paytaxtında Putin rejimi tərəfindən qızışdırılan müxalifətin Paşinyan hakimiyyətinə qarşı revanşist və irqçi şüarlarla müşayiət olunan etiraz aksiyaları davam edir. Dünən axşam hökumət evi ətrafında polislə qarşıdurmada 60-a yaxın polis və mülki şəxs xəsarət alıb. ("Moderator")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm