Bu məsələ Moskva üçün bağlanıb – Rusiya hökumətindəki mənbə
Bizi izləyin

Dünya

Bu məsələ Moskva üçün bağlanıb – Rusiya hökumətindəki mənbə

Əgər Kiyev Moskva ilə kontakt qursa və Ukrayna ilə yeni saziş hazırlansa, Krım və Donbasla bağlı məsələ Moskva üçün bağlandığı kimi, Xerson və Zaporojye vilayətlərinin statusu da Ukrayna ilə müzakirə olunmayacaq.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiyadakı yüksək vəzifəli mənbə bildirib.

“Moskva hələ mart ayında Antalyada nümayəndə heyətlərinin danışıqları zamanı xüsusi əməliyyatı dayandırmağa hazır idi. Həmin vaxt Ukrayna özü Donbas və Krımı daxil etmədən neytral status və təhlükəsizlik zəmanəti təklif etdi. Rusiya Prezidenti Vladimir Putin bu addımı atmağa hazır idi, amma Qərb Ukraynaya təzyiq göstərdi və buna görə də Kiyev təklifini geri götürdü”, - “İzvestiya”nın mənbəsi bildirib.

Onun sözlərinə görə, Xerson və Zaporojye vilayətləri Rusiya Federasiyası ilə Kiyev arasında yeni sazişə daxil edilməyəcək, çünki regionun sakinlərinin böyük əksəriyyəti Rusiyanı dəstəkləyir.

Mənbənin qeyd etdiyi kimi, Ukrayna lideri Vladimir Zelenski işçi qrupları səviyyəsində təmasları bərpa etmək qərarına gəlməyincə, danışıqlar aparmaq mümkün deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm