Belarus ordusu hazır vəziyyətə gətirildi
Bizi izləyin

Dünya

Belarus ordusu hazır vəziyyətə gətirildi

Belarus Silahlı Qüvvələri döyüş hazırlığı təlimlərinə başlayıb.

Publika.az">Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi xidmətə növbəti çağırış və yeni gələnlər tərəfindən ilkin hərbi hazırlıq proqramını keçdikdən sonra döyüşə hazırlıq dərsləri təşkil olunub.

Bildirilib ki, müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, birlik, hərbi hissə, birləşmə və hərbi komandanlıq, idarəetmə orqanları “sülh dövründən müharibə dövrünə keçid tədbirlərinin həyata keçirilməsi”nə yönəlmiş silsilə təlimlərdən keçəcəklər. Nazirlikdən əlavə edilib ki, təlim 2021-2022-ci tədris ilində Silahlı Qüvvələrin kadr hazırlığı planına uyğun olaraq keçirilir.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko respublikanın gücünü hərbi baxımdan qiymətləndirib və onun ən böyük ölkələrə müqavimət göstərmək qabiliyyətinə malik olduğunu bildirib. Onun fikrincə, müasir şəraitdə döyüş əməliyyatlarının nəticəsi ordunun sayından o qədər də asılı deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm