Putindən KRİTİK AÇIQLAMA: "Ölkə ya suveren ola bilər, ya da..."
Bizi izləyin

Dünya

Putindən KRİTİK AÇIQLAMA: "Ölkə ya suveren ola bilər, ya da..."

"Müasir dünyada dövlətlər ya suveren, ya da müstəmləkə ola bilər, aralıq dövlət yoxdur".

Publika.az">Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin gənc sahibkarlarla görüşündə deyib.

"Dünya sürətlə dəyişir. Və bir növ liderliyə iddialı olmaq üçün hər hansı bir ölkə, xalq, etnik qrup öz suverenliyini təmin etməlidir” - Putin bildirib.

Onun sözlərinə görə, müstəmləkələrin sərt geosiyasi mübarizədə sağ qalmaq şansı yoxdur.

"Əgər bir ölkə və ya bir qrup ölkə suveren qərarlar qəbul edə bilmirsə, o, artıq müəyyən dərəcədə müstəmləkədir və müstəmləkənin belə sərt geosiyasi mübarizə şəraitində yaşamaq üçün tarixi perspektivi, şansı yoxdur", - Rusiya lideri qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm