Makron Zelenski ilə Ukraynanın Aİ-yə üzvlük müraciətini MÜZAKİRƏ ETDİ
Bizi izləyin

Dünya

Makron Zelenski ilə Ukraynanın Aİ-yə üzvlük müraciətini MÜZAKİRƏ ETDİ

Volodimir Zelenski və Emanuel Makron Ukraynanın Aİ-yə üzvlük müraciəti ilə bağlı Avropa Komissiyasının yekunu kontekstdə əlaqə saxlayacaqlar.

Publika.az "Yelisey Sarayına" istinadla xəbər verir ki, liderlər telefon danışığı zamanı bu barədə razılığa gəliblər .

“Onlar, xüsusən də Avropa Komissiyasının Ukraynanın Aİ-yə üzvlük ərizəsi ilə bağlı verəcəyi rəyi və iyunun 23 və 24-də Avropa Şurasında baş tutacaq müzakirəni nəzərə alaraq, əlaqə saxlamağa razılaşıblar”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, Makronun Zelenskidən Ukraynada baş verən son hadisələr, eləcə də ölkənin hərbi texnikaya, siyasi, maliyyə dəstəyinə və humanitar yardıma ehtiyacı barədə soruşduğu qeyd edilir.

"O, Zelenskiyə deyib ki, Fransa Ukraynanın ehtiyaclarını, o cümlədən ağır silahları ödəmək üçün səfərbər olmağa davam edəcək", - Yelisey Sarayından bildiriblər.

Qeyd edilib ki, gələn həftə Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük müraciəti ilə bağlı konkret tövsiyələrin yer aldığı rəyi dərc edəcək.

Xatırladaq ki, iyunun 23-24-də Brüsseldə Avropa Şurasının iclasının keçirilməsi planlaşdırılır, müzakirə olunacaq məsələlərdən biri də Ukraynanın Aİ-yə üzvlük müraciətinə baxılması və ona namizəd statusunun verilməsi ilə bağlı qərarın verilməsi olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm