Rusiyanın 120 günlük müharibə planı var - Kəşfiyyat
Bizi izləyin

Dünya

Rusiyanın 120 günlük müharibə planı var - Kəşfiyyat

Rusiyanın Ukraynada 120 günlük müharibə planı var və sonrakı düzəlişləri şərqdəki uğurdan asılı olacaq.

Publika.az">Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski verib.

“Rusiyanın Baş Qərargahı cəbhədəki uğursuzluqlar səbəbindən hər 30 gündən bir hədəflərində dəyişikliklər edir. Bununla belə, işğalçıların hələ də dövlətimizə qarşı uzunmüddətli müharibə aparmaq potensialı var.

Rusların 120 günlük müharibə planı olması barədə məlumatları təsdiqləmişik. Bu planın sonrakı korreksiyası düşmənin nə qədər uğurlu olmasından və ya əksinə, Ukraynanın şərqindəki vəziyyətdən asılı olacaq. Lakin Putinin müharibənin əvvəlində elan etdiyi xüsusi hərbi əməliyyat adlanan məqsədə ruslar nail ola bilmədi”, - Skibitski qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm