İranda GÜCLÜ PARTLAYIŞ: 70-dən çox yaralı var
Bizi izləyin

Dünya

İranda GÜCLÜ PARTLAYIŞ: 70-dən çox yaralı var

İranda fabrikdə baş verən partlayış nəticəsində 72 nəfər xəsarət alıb.

Publika.az">Publika.az "Tasnim" agentliyinə istinadla xəbər verir ki, insident Fars əyalətinin cənubunda yerləşən Firuzabad şəhəri yaxınlığında baş verib .

"Bir neçə fabrik işçisi zəhərli qazlardan zəhərlənib", - agentliyin açıqlamasında deyilir.

Partlayışın baş verdiyi müəssisənin natrium karbonat istehsalı ilə məşğul olduğu bildirilir. Məlumata görə, hazırda təcili yardım işçiləri ammiak sızması riskini minimuma endirməyə çalışırlar.

Yaralılar yerli xəstəxanaya göndərilib. Ölənlər barədə məlumat verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm