Rusiya müharibə başlayandan neftdən 98 milyard dollar qazanıb
Bizi izləyin

Dünya

Rusiya müharibə başlayandan neftdən 98 milyard dollar qazanıb

Rusiya Ukraynaya işğal hücumunun ilk 100 günündə neft və qazın satışından 98 milyard dollar qazanıb.

Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn müharibədən əvvəlki dövrlə müqayisədə Rusiyanın indi enerji resurslarının satışından daha çox pul qazandığını deyib.

Onun sözlərinə görə, Rusiyanın indi daha çox qazandığı etiraf edilməlidir.

Rəsmi Kiyevin Qərb ölkələrini Rusiya ilə ticarəti kəsməklə bağlı çağırışları havadan asılı vəziyyətdə qalır. Əksinə, Avropa ölkələri neft və qaz idxalını artırıblar.

Avropa İttifaqı Rusiyadan neft idxalının 75 faizə qədərinin dərhal, 90 faizə qədərinin isə ilin sonuna kimi dayandırmaq barədə qəbul etsə də, Macarıstan və digər ölkələrin qarşı çıxması bu qərarın praktikikada işləməsinin qarşısını alır.

Finlandiyada fəaliyyət göstərən Enerji və Təmiz Hava Araşdırma Mərkəzinin (CREA) hesabatına görə, Ukraynada müharibənin başlanmasının ilk 100 günü ərzində Rusiya neft və təbii qaz ixracatından 98 milyard dollar gəlir əldə edib.

Hərbi əməliyyatlar başlayandan qiymətlərin artması Rusiyanın enerji resurslarının satışından əldə etdiyi gəlirlərin ən azı iki dəfə çoxalmasına imkan verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm