Bütün iri dəyirmanlar fəaliyyətini dayandırdı - GÜRCÜSTANDA
Bizi izləyin

Dünya

Bütün iri dəyirmanlar fəaliyyətini dayandırdı - GÜRCÜSTANDA

"Gürcüstana taxıl idxalının azalması səbəbi ilə bütün iri dəyirmanlar fəaliyyətini dayandırıb".

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Buğda İstehsalçıları Assosiasiyasının rəhbəri Levan Silagava açıqlama yayıb.

O qeyd edib ki, assosiasiya dövlət tərəfindən dəyirmanların fəaliyyətinin bərpasını təmin edəcək balanslaşdırıcı verginin tətbiq edilməsini təklif edib:

"Hazırda bütün iri dəyirmanlar fəaliyyətini dayandırıb. Biz hökumətlə danışıqlar aparırıq və əgər nəticə olacaqsa, bu, gələn həftə ərzində olmalıdır. Bu nəticə əsasında fəaliyyətimizi davam etdirə biləcəyimizə qərar veriləcək. Vurğulamaq lazımdır ki, bizim hökumətə təklifimiz balanslaşdırıcı vergi sistemidir və heç bir halda çörəyin qiymətinin qalxmasını tələb etmirik. Hətta biz, çörək zavodlarına ayda 10 min ton unu, yəni sosial çörəyin istehsalı üçün lazım olan həcmi əvvəlcədən müəyyən olunmuş qiymətə çatdırmaq üçün sosial məsuliyyət götürəcəyik. Geridə qalanı isə azad bazar və rəqabət olacaq. Tələbimiz sadədir, çörək və unun vergisi sıfır olduğu zamanlarda, bazardakı unun 97 faizi yerli istehsal olurdu, amma indi Gürcüstana buğda idxal olunmur, ona görə də un istehsalı dayanıb. Nəticəni gözləyirik", - deyə Levan Silagava bildirib.

Onun sözlərinə görə, yerli məhsul nə olursa-olsun, xaricdən gətirilən buğda olmasa, dəyirmanlar fəaliyyətini bərpa edə bilməyəcək.

Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq ayında Gürcüstan Rusiyadan 28 261 ton buğda alıb ki, bu da bu illə müqayisədə 71% çoxdur. Hökumətin açıqlamasına görə, hazırda buğda idxalı əsasən un idxalı ilə əvəzlənir. Buna görə də, ölkədə buğda unu ilə bağlı qıtlığın yaranma ehtimalı yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm