Almaniyanın “DHL” şirkəti qiymətləri qaldırır
Bizi izləyin

Dünya

Almaniyanın “DHL” şirkəti qiymətləri qaldırır

İyulun 1-dən Almaniyanın “DHL” bağlama çatdırılması şirkəti öz xidmətləri ilə əlaqədar tarifləri qaldıracaq.

Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, şirkət bütün dünyada baş verən dəyişikliklərə uyğun olaraq qiymətlərin tənzimlənməsi məqsədilə belə bir addım atmağa məcbur olduğunu bildirib. “Bu, artan məsrəflərə tamamilə normal reaksiyadır və bütün şirkətlərdə tətbiq olunur”, - deyə şirkət rəhbərliyi bildirib.

Bu gün şirkətin rəsmi saytı vasitəsilə yaydığı press-relizində bildirilir: “Son aylarda nəqliyyat və işçilərin əməkhaqları ilə bağlı xərclər əhəmiyyətli dərəcədə artıb. Buna əlavə olaraq, qiymət artımı digər, daha az əhəmiyyətli xərclərə də təsir edib, lakin ümumilikdə bütün bunlar tariflərin tənzimlənməsi zərurətinə səbəb olub. Bu cür dəyişikliklər bizə işçilərin maaşlarını vaxtında və tam ödəmək, ştatları ixtisar etməmək imkanı verəcəkdir. Həmçinin müddətləri pozmamaq və bütün malları vaxtında çatdırmaq imkanı yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm