Türkiyə-Suriya sərhədində atışma: 1 ölü, 1 yaralı
Bizi izləyin

Dünya

Türkiyə-Suriya sərhədində atışma: 1 ölü, 1 yaralı

Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis vilayətində suriyalı qaçqınlarla bağlı növbəti gərginlik baş verib. Suriyadan Türkiyəyə özü ilə qaçaqmal əşya keçirməyə çalışan suriyalılardan ibarət bir qrupla təhlükəsizlik qüvvələri arasında silahlı toqquşma nəticəsində 1 türk vətəndaşı ölüb, 1 suriyalı isə yaralanıb.

Hadisə dünən axşam saatlarında baş verib. Suriyalı qaçqınlar türk polisinin «dayan» əmrinə atəş açmaqla qarşılıq verib.

Yaralı türk vətəndaşının xəstəxanada dünyasını dəyişməsi xəbərini eşidən yaxınları Kilis Dövlət Xəstəxanasına axışıb və burada xüsusi-təyinatlılarla vətəndaşlar arasında qarşıdurma baş verib. İnsidentlə bağlı hərbi prokurorluqda araşdırma aparılır.


İHA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm