Dünya
Rusiyada "Meta"ya qadağa qoyuldu
Moskva Şəhər Məhkəməsi “Meta” korporasiyasına "ekstremist" fəaliyyətə görə Rusiya miqyasında qoyulmuş qadağanı qüvvədə saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilsin. "Meta" nümayəndələrinin şikayəti təmin edilməyib”, - deyə hakim qərardadı oxuyaraq elan edib və bundan sonra prosessual normalara uyğun olaraq məhkəmənin qərarı hüquqi qüvvəyə minib.
"Meta" Korporasiyası Rusiya Federasiyasında "ekstremist" hesab olunur.
Şikayətlərə baxılarkən Rusiya Baş Prokurorluğunun nümayəndəsi Moskva Şəhər Məhkəməsindən “Meta”nın Rusiyada fəaliyyətinə qadağa qoyulması qərarının qanuni kimi tanınmasını xahiş edib.
Bu mövqeyi Rusiyanın kütləvi informasiya vasitələrinə nəzarət orqanı (Roskomnadzor) və Federal Təhlükəsizlik Xidmətinin (FSB) nümayəndələri dəstəkləyib. Öz növbəsində, Metanın vəkilləri məhkəmə prosesinin özü faktını qanunsuz adlandırıblar, çünki şirkət öz mövqeyinə görə Rusiya mülki məhkəmələrinin yurisdiksiyasına aid deyil, çünki onun Rusiyada nümayəndəliyi yoxdur.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























