Rusiya hərbi doktrinanı dəyişdirir
Bizi izləyin

Dünya

Rusiya hərbi doktrinanı dəyişdirir

Rusiya hakimiyyəti hərbi doktrinanı dəyişdirəcək.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popov bildirib.

Onun sözlərinə görə, hərbi doktrinanın dəyişdirilməsi yeni geosiyasi amillərlə, o cümlədən Ukraynadakı hakimiyyət dəyişikliyi və “Ərəb baharı”nın doğurduğu nəticələrlə bağlıdır. M.Popov hesab edir ki, dünyanın aparıcı dövlətləri hədəflərinə çatmaq üçün müharibə aparılmasının ənənəvi formalarına ekstremist qruplar, şəxsi hərbi şirkətlər və nümayişçilərdən istifadə edir. O, əlavə edib ki, Rusiyanın hərbi doktrinasına düzəlişlər ilin sonuna kimi hazır olacaq.

Xatırladaq ki, Rusiyanın hazırkı hərbi doktrinası 5 fevral 2010-cu il tarixində təsdiq edilib. Bu doktrina ölkəyə lazım olarsa, nüvə silahından da istifadə etməyə imkan verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm