Dünya
Kiprdə meşə yanğınlarını söndürməyə İsrail və Britaniya da yardım edir
Kiprdə Yunanıstan və Türkiyə hökumətləri minlərlə hektar meşə sahəsinə ziyan vuran və bəzi kəndlərin boşaldılmasına səbəb olan yanğınla birlikdə mübarizə aparır.
Publika.az bunu xarici mətbuata istinadən xəbər verir.
Kiprin şimalındakı Girnenin Kantara bölgəsində baş verən yanğın güclü küləyin təsirilə gecə boyu yayılmağa davam edib. Yanğınsöndürmə işlərinə İsrail və Britaniya təyyarələri də qatılıb. Xarici işlər naziri Çavuşoğlu Ankaraya səfər edən israilli həmkarı Yair Lapidə göstərdiyi dəstəyə görə təşəkkür edib.
İsrail iki yanğınsöndürmə təyyarəsi və avadanlıqları daşıyan ayük gəmisi göndərdiyini açıqlayıb.
"Təyyarələrin göndərilməsi ilə bağlı qərar Kipr hökumətinin tələbi ilə qəbul edilib", - İsrailin rəsmi açıqlamasında deyilir.
Qeyd edək ki, Kiprdəki Britaniya hərbi bazaları da şimal səlahiyyətlilərinin tələbi ilə göndərilən iki helikopterlə prosesdə iştirak edir.
-
Əmlak08:55MİDA güzəştli mənzilləri satışa çıxarır
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin












.jpg)




















