Dünya
Ağ Evdən Türkiyəyə: "Bu addım təqdirəlayiqdir"
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu taxıl böhranının həllində Türkiyənin rolunu alqışladıqlarını bildirib.
Publika.az bunu yerli mətbuata istinadən xəbər verir.
Kirbi Ağ Evdə keçirdiyi mətbuat brifinqində Rusiya-Ukrayna müharibəsini, G7 və NATO sammitlərini dəyərləndirib. Rusiya-Ukrayna müharibəsi səbəbindən bütün dünyada yaşanan taxıl böhranının G7 sammitinin gündəm maddələrindən biri olacağını ifadə edən Kirbi Bayden administrasiyasının bu problemin həlli üçün səy göstərdiyini qeyd edib.
"Türklər bu mövzuda ruslarla da danışır. Biz Türkiyənin bu məsələdəki rolunu əlbəttə alqışlayırıq. Türkiyə kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə daşınması üçün müəyyən səylər göstərir", - Kirbi bildirib.
NATO zirvəsinin gündəmindəki əsas məsələlərindən birinin Finlandiya və İsveçin üzvlük müraciəti olacağını vurğulayan Kirbi "Türkiyə, İsveç və Finlandiyanın problemlərini həll edəcəyinə, Finlandiya və İsveçin NATO-ya daxil olacağına əminik. Ancaq bunun nə zaman olacağını deyə bilmərəm" -deyib..
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar












.jpg)






















