Dünya
Avropa ölkələri kömürə üz tutur
Rusiyanın göndərdiyi təbii qazın məhdudlaşdırılması qarşısında Avropa ölkələri ilin ən soyuq aylarında isti qalmaq üçün enerji ehtiyaclarını haradan qarşılayacağından narahatdır. Bu, Avropa ölkələrinin kömür zavodlarına qayıtması və iqlim dəyişikliyi ilə mübarizə öhdəliyindən geri dönməsi ilə nəticələnə bilər.
Publika.az bunu xarici mətbuata istinadən xəbər verir.
Avropa Enerji Agentliyi (IEA) xəbərdarlıq edib ki, Avropa qış aylarında Rusiya bölgəyə bütün təbii qaz ixracını dayandıra bilər. Bu ssenari çətin görünsə də, siyasi təzyiqə can atan Rusiya üçün yenə də seçim ola bilər.
IEA-nın icraçı direktoru Fatih Birol Britaniyanın “Financial Times” qəzetinə açıqlamasında deyib ki, Avropa hökumətləri qaz kəsintisi fonunda enerji təchizatını qarşılamaq üçün kifayət qədər işlər görməyib. Birolun sözlərinə görə, Avropa İttifaqı xüsusilə təbii qazla bağlı təcili plan müəyyən etməlidir.
Aİ ölkələri Rusiyadan gələn qalıq yanacaqları azaltmağın yollarını axtararkən, bəzi ölkələr enerji defisitini kömür yandırmaqla bağlamağa yönəlib.
Ötən həftə Rusiyanın “Şimal axını 1” boru kəmərində texniki problem olduğunu əsas gətirərək Avropaya təbii qaz tutumunu 60 faiz azaltması bir çox Avropa ölkələrini hərəkətə keçirməyə vadar edib. Almaniya və Avstriya bu gediş qarşısında dərhal kömür elektrik stansiyalarının işə salınacağını açıqlayıb.
Almaniya təbii qaz təchizatında yarana biləcək fasilələr üçün hazırladığı üç mərhələli xəbərdarlıq sistemində ikinci səviyyəni aktivləşdirərək, "Həyəcan!" vəziyyəti elan edib.
Hollandiya da bu iki ölkənin qərarına əməl edərək, kömür elektrik stansiyalarına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Xatırldaq ki, bundan öncə kömürdən istifadəni məhdudlaşdırmaq üçün mədən yanacağı ilə işləyən elektrik stansiyalarına ölkənin enerji ehtiyacının yalnız üçdə birini ödəməyə icazə verilirdi.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi






























.jpg)


