Dünya
Baş nazir: "Saakaşvili dövründə insanlar vəhşicəsinə məhv edilirdi"
"Ölkəmizdə siyasi məhbus yoxdur və olmayacaq, siyasi məhbus əvvəlki hökumət dövründə olub".
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumət bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, eks-prezident Mixeil Saakaşvilinin dövründə insanlar siyasi motivlərlə təqib olunmayıb, vəhşicəsinə məhv ediliblər:
“Mixail Saakaşvilinin dövründə insanlar siyasi motivlərlə həbs edilməyib, güllələniblər, işgəncələrə məruz qalıblar, siz hər şeyi yaxşı bilirsiniz. Həmin hökumət evləri, biznesləri ələ keçirib və insanları sözün həqiqi mənasında, fiziki olaraq məhv edirdi. Bu dövr bitdi, dostlar, Bidzina İvanişvili dövrü də bitdi. Avropaya inteqrasiya, media azadlığı və s. bunlar Cənab İvanişvilinin 10 il əvvəl başladığı siyasətin davamıdır. İndi bizdə konkret konkret nəticələr var - assosiasiya sazişi, vizasız rejim və azad ticarət, Saakaşvili dövründə xəyalına belə gəlməyən Avropa perspektivi də bunlara əlavə olundu. Əgər Saakaşvili bu gün burada olsaydı, bizim heç bir perspektivimiz olmazdı”, - deyə İrakli Qaribaşvili bildirib .
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib













.jpg)

.png)


















