Rusiya gizli səfərbərlik aparır - Budanov
Bizi izləyin

Dünya

Rusiya gizli səfərbərlik aparır - Budanov

Rusiya silahlı qüvvələri gizli səfərbərlik aparır, ona görə də rusların hücum potensialı tükənənə qədər gözləməyin mənası yoxdur.

Publika.az">Publika.az xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov deyib.

Onun sözlərinə görə, Ukrayna Rusiya üzərində qələbəni yalnız hərbi gücün köməyi ilə əldə edə bilər: “Strategiya çox sadədir: Vəziyyəti sabitləşdirin. Bütün ərazimizi geri qaytarmaq üçün əks-hücuma başlamaq üçün lazımi miqdarda texnika alın və lazımi miqdarda qüvvə və vasitələri hazırlayın”.

Onun fikrincə, rusların yorulacağını gözləmək üçün “möcüzəyə ehtiyac yoxdur”. “Biz əks-hücumumuz nəticəsində ərazimizi geri alacağıq”, - o əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm