Dünya
NATO Ukraynanın istəklərini rədd etdi: Kiyev hansı addımı atacaq?

Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva bildirib ki, NATO Ukraynanın istəklərini rədd edib və Kiyev təşkilata qoşulmaq üçün addım atmayacaq.
Publika.az xəbər verir ki, o, bu barədə Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində bildirib.
“NATO üzvləri bizim istəklərimizi rədd etdilər. Bununla bağlı heç nə etməyəcəyik”, - deyə o bildirib.
Jovkva ümid edir ki, alyansın Madriddə keçiriləcək sammitində qəbul oluna biləcək NATO-nun strateji konsepsiyasının hazırlanmasında Ukraynadakı münaqişə nəzərə alınacaq.
Onun fikrincə, əgər NATO üzvləri Avropa və Ukraynada baş verənlər barədə danışmasalar, o zaman bu konsepsiya növbəti mənasız sənədə çevriləcək. O, həmçinin qeyd edib ki, Qərb Rusiyanın Ukraynada gələcəkdə mümkün hərbi əməliyyatlarının qarşısını almaq üçün Kiyevə təhlükəsizlik zəmanəti verməlidir. Onun sözlərinə görə, Kiyev bu məsələdə ABŞ, Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri ilə danışıqlar aparır.

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ