Prezident Yanukoviç iş yerinə dönür
Bizi izləyin

Dünya

Prezident Yanukoviç iş yerinə dönür

Publika.Az BBC-yə istinadən xəbər verir ki, Yanukoviç “kəskin respirator” xəstəliyə görə məzuniyyətdə idi.Ukrayna prezidenti Viktor Yanukoviç xəstəlikdən sonra iş yerinə dönür.

Etirazçılar və müxalifət onun istefasını və növbədən kənar seçkilərin keçirilməsini tələb edir.Cümə axşamından Yanukoviç “kəskin respirator” xəstəliyinə görə məzuniyyətdə idi.İstirahət günləri ərzində Ukraynada etiraz aksiyaları davam edib. Ölkənin paytaxtı Kiyevdə bazar günü Maydanda minlərin, ictimai fəal və müxalifət liderlərinin iştirakı ilə “informasiya mitinqi” keçirilib.

Eyni zamanda “Avromaydan” etirazlarının lideri və etiraz hərəkatının üzvü, qəddarcasına döyüldüyünü iddia edən Dmitriy Bulatov ölkəni tərk edib və Litvaya müalicəyə gedib.

"Zərbə" Partiyasının lideri Vitali Kliçko Bulatovun Riqaya, oradan isə Vilnüsə köçməyi planlaşdırdığını bəyan edib. Litva Xarici işlər Nazirliyi bu məlumatı təsdiq edib.Litva Maydanda yaralananlara tibbi yardım təklif edən ilk Avropa ölkəsi olub və bu məqsədlər üçün 15 min avro ayırıb. Bulatovun müalicəsini həmçinin Almaniya da təklif edib.

Bundan öncə Ukrayna kütləvi-informasiya vasitələri millət vəkili Pyotr Poroşenkaya istinadən yazıb ki, Şevçenko rayon məhkəməsi fəalın həbsi haqda vəsatəti təmin etməkdən imtina edib.

"Məhkəmənin qərarında bildirilir ki, vəsatətin təmin olunmasından imtina edilib. İş bağlanıb və Bulatov azaddır. Hazırda mənlə birlikdə hava limanına gedərək ölkəni tərk edə bilər", Poroşenko jurnalistlərə deyib.

Cümə günü kütləvi iğtişaşlar təşkil etməkdə şübhəli bilinərək axtarışa verilib. Polis fəalı Kiyev xəstəxanasında dindirmək istəsə də, həkimlər buna icazə verməyiblər.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm