Dünya
Görüş başa çatdı: Bayden Ərdoğana təşəkkür etdi - YENİLƏNDİ

"NATO-nun güclənməsinə yönəlmiş addımlar Rusiya və Ukrayna arasında münaqişənin həlli prosesinə xüsusi töhfə verəcək".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO sammiti çərçivəsində amerikalı həmkarı Cozef Baydenlə görüşündə deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə taxıl dəhlizi problemini balanslaşdırılmış siyasətlə həll etməyə çalışır. O, Ankaranın bu istiqamətdə səylərinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.
Cozef Bayden, öz növbəsində, Türkiyə Prezidentinə Ukrayna taxılının ixracını təmin etmək səylərinə, habelə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.
Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri arasında görüş artıq başa çatıb. Görüş 1 saat 10 dəqiqə davam edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşlə bağlı iyunun 30-da mətbuat konfransı keçirəcək.
xxx
20:12
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden Madriddə keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində bir araya gəlib.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"NATO-nun güclənməsi üçün atılacaq addımlar xüsusilə Rusiya-Ukrayna prosesinə xüsusi töhfə verəcək", - Ərdoğan deyib.
Ölkəsinin Ukrayna müharibəsində balans siyasəti yürütdüyünü diqqətə çatdıran Türkiyə lideri diplomatiyanın Ukrayna taxılının ixracına qapı açacağına ümid etdiyini bildirib.
ABŞ prezidenti Bayden isə Finlandiya və İsveçlə bağlı Ankaranın verdiyi qərara görə təşəkkür edib.
Hüseyn İbadlı

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ