1000 rus əsgərinin cəsədi - Video / Foto
Bizi izləyin

Dünya

1000 rus əsgərinin cəsədi - Video / Foto

Donetsk bölgəsindən minlərlə rus əsgərlərinin cəsədi Rusiya Federasiyasına çatdırılıb.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, Ukraynadan Rusiyanın ərazisinə həlak olmuş Rusiya hərbi qulluqçularının cəsədləriylə dolu təxminən 15 "Kamaz" yük maşını gəlib.

Bu haqda Facebook səhifəsində Rusiya müxalifətinin hərbi blokunun koordinatoru "Yük-200" qrupunun banisi Yelena Vasilyeva bildirib.

Onun sözlərinə görə, sentyabrın 1-də 15 yük maşını Donetsk bölgəsində həlak olmuş hərbi qulluqçuların cəsədləri ilə sərhədi keçdilər. "Kamaz"larda 800-dən 1000-ə qədər rus hərbçisinin cəsədi olub.

Vasilyeva cəsədlərin hara aparıldığı haqda məlumatın olmadığını deyib.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm