Poroşenko: “Siyasətbazlara “müharibə oynamağa” imkan verməyəcəyik”
Bizi izləyin

Dünya

Poroşenko: “Siyasətbazlara “müharibə oynamağa” imkan verməyəcəyik”

Ukrayna prezidenti Pyotr Poroşenko siyasətbazlara “müharibə oynamağa” imkan verməyəcəyinə söz verib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı Liviyada azad edilən ukraynalılarla görüşdə xalqın sülh istədiyini deyib.

Ukrayna prezidenti ümid etdiyini bildirib ki, 5 sentyabr tarixində keçiriləcək üçtərəfli əlaqə qrupunun görüşündə sülhün əldə olunması üçün real addımlara təşəbbüs ediləcək. Görüşün Minskdə keçiriləcəyini xatırladan Poroşenko vurğulayıb ki, Ukrayna ona qarşı təcavüzü provokasiya etmək üçün heç bir səbəb verməyib.

“Bütün dünya bilir ki, beynəlxalq hüquq və öhdəliklərə əməl edən Ukrayna bu gün qonşu dövlətin təcavüz obyektidir”, - Ukrayna prezidenti qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm