Trofimçuk: “Rusiyanın böyüklüyündən danışmaq hələ tezdir”
Bizi izləyin

Dünya

Trofimçuk: “Rusiyanın böyüklüyündən danışmaq hələ tezdir”

“Yalnız o dövlət böyük sayıla bilər ki, müəyyən xidmətləri öz ölkəsinin vətəndaşları üçün pulsuz etsin”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Qriqori Trofimçuk öz Feysbuk səhifəsində çıxış edib.

O, Rusiyanın öz vətəndaşları ilə bağlı yürütdüyü siyasətin qəddar olduğunu bildirib:

“Yalnız o dövlət böyük sayıla bilər ki, müəyyən xidmətləri öz ölkəsinin vətəndaşları üçün pulsuz etsin. Qədim Romada hamamlar və su pulsuz idi. SSRİ-də bu böyük paket təşkil edirdi: pulsuz təhsil, yaşayış evləri, səhiyyə və sairə. Hətta Liviyada Qəzzafi dövrü bu siyahıya daxil olub. Müasir Rusiyada hətta şəxsi avtomobilin də evakuasiyası üçün inanılmaz rəqəm istənilir. Ona görə də hələlik Rusiyanın böyüklüyündən danışmaq tezdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm