İranın “qara qutusu” İraqdadır – İŞİD
Bizi izləyin

Dünya

İranın “qara qutusu” İraqdadır – İŞİD

İranın qara qutusu kimi tanınan İnqilab Keşikçiləri Ordusuna tabe Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin ötən həftə İŞİD-in mühasirəsindən qurtarılan şiə türkmanların yaşadığı Əmirli bölgəsinə getdiyi iddia edilib.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə İranın ən vacib fiqurlarından biri olan Qasım Süleymaninin Əmirlidə çəkdirdiyi bildirilən fotolar paylaşılıb.

İddia edilən ziyarətin nə vaxt baş verdiyi dəqiq bilinməsə də, məsələ ilə əlaqədar rəsmi Tehran və ya Bağdad heç bir açıqlama verməyib.

Xatırladaq ki, Qasım Süleymani İranın xaricdə hərbi əməliyyatlarda iştirak edən nümayındəsi kimi tanınır. Bundan əvvəl də bu qüvvələrin (Keşikçiləri Ordusuna tabe Qüds Qüvvələri – red.) Suriya ordusu tərəfində silahlı qruplaşmalara qarşı döyüşdüyü iddia edilib. Amma İran bu iddiaları təkzib edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm