NASA Ayda həyat üçün uyğun mağaralar tapdı
Bizi izləyin

Dünya

NASA Ayda həyat üçün uyğun mağaralar tapdı

NASA-nın mütəxəssisləri Ayda insanların yaşaması üçün uyğun temperatura malik mağaralar aşkar ediblər. Onların daxilində havanın hərarəti təxminən 17 dərəcə selsidir.

Publika.az lenta.ru-ya istinadla xəbər verir ki, ilk dəfə Yerin təbii peykinin səthində dəliklər 2009-cu ildə müşahidə edilib. Yeni araşdırmada alimlər mağaralardan günəş radiasiyasından, meteoritlərdən və kosmik şüalardan sığınacaq kimi istifadə oluna biləcəyi üçün onların hara apardıqlarını öyrənməyə qərar veriblər. Aşkar edilmiş çökəkliklərdən ikisində mağaralara və boşluqlara aparan çıxıntılar olub.

Qeyd edək ki, tədqiqatçılar temperaturu təhlil etmək üçün termal görüntüləmə kamerasından istifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm